0
Wednesday 12 December 2012 - 11:40

Ondan sonrakı doqquz ildə nə dəyişib?

Story Code : 220510
Ondan sonrakı doqquz ildə nə dəyişib?
Dövlət qurumları, dövlətə bağlı siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər.
* * *
Ondan sonrakı doqquz ildə nə dəyişib? Amnesty İnternational Beynəlxalq insan haqlarını müdafiə təşkilatının Azərbaycanda ictimai-siyasi vəziyyətdən bəhs edən “Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar” adlanan hesabatda bildirir: Dissidentlərin təqiblərlə üz-üzə qaldıqları bir vaxtda internet azad sözün tək sığınacaq yerinə çevrilib. Dövlət televiziyası Facebook şəbəkəsindən istifadə edənləri ruhi xəstələr kimi təsvir edən verilişlər yayır.Azərbaycanda küçədə “Azadlıq” şüarlı səsləndirənə 10 gün həbs cəzası verilə bilər. Başqalarını da bu şüarı səsləndirməyə cəlb etmək isə ömrünün üç ilini həbsdə keçirməyə gətibi çıxara bilər.
Hazırda bu ölkədə tənqidi söz deyənə dözüm çox aşağı səviyyədədir. Siyasətdə, jurnalistikada, təhsildə, hətta, sosial şəbəkələrdə, harda olursa-olsun, hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır. Beynəlxaql dairələrin bu cür cəza tədbirlərinə susqun reaksiyası hökumətin əl-qolunu daha da açır, ona yardım vermiş olur.Bəzi ölkələr Azərbaycanın neft və qaz sektoruna yüksək məbləğlərdə sərmayələr yatırıblar. Belə görünür ki, Azərbaycan hökuməti də öz addımlarında məhz həmin sərmayəçi dövlətlərə güvənir. Onların çoxu da bu ölkədə insan haqları pozuntularına göz yuman Avropa Birliyinin üzvü olan dövlətlərdir. Nəticədə də Azərbaycan hökuməti insan haqlarının vəziyyətinə görə səslənən tənqidləri ciddiyə almır…”
Nə demək olar sələflərə, Sükanı belə saxla!
Elmar
/HaqqYolu/
Comment