0
Wednesday 12 December 2012 - 21:42

Vəhabi Ali Xəlifə rejimi, Bəhreyndə, Məscidləri viran etməkdə davam edir

Story Code : 220711
Vəhabi Ali Xəlifə rejimi, Bəhreyndə, Məscidləri viran etməkdə davam edir
Vəhabi Ali Xəlifə rejimi, Bəhreyndə, Məscidləri viran etməkdə davam edir
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bəhreynə hakim kəsilmiş “Xəlifə” sülaləsi, dekabır ayın əvvəllərində, 4 Şiə Məscidini bir daha buldozerlə dağıdaraq, yerlə yeksan etmişdir.

Qeyd olunan 4 Məscid, ilk dəfə 2011-ci ilin 14 Fevral ayında başlanan “Bəhreyn Xalqının Kəramət İniqalbı” zamanı dağıdılmışdır.

Bəhreyn xalqı, “Həmd” şəhərində, vəhabi rejim tərəfindən dağıdılmış Məscidləri, öz finnsları gücünə yenidən bərpa etməyə başlasalar da, lakin Ali Xəlifə rejimi 1 dekabr 2012 tarixdə, həmin Məscidləri yenidən viran etmişdir.

Qeyd olunan Məscidlər, “Bəhreyn Xalq Hərəkatı” başlanan gndən bu günüə kimi, Ali Xəlifə rejim və onun müttəfiqi Səudiyyə Ərəbistanın güc strukturları tərəfindən dağıdılan 35 Məscidən dördüdür.

İmam Səccad (əleyhis səlam) Məscidi, İmam Həsən Əskəri (əleyhis səlam) Məscidi, Fədəki Zəhra (səlamullahi əleyha) Məscidi, Əbu Talib (əleyhis səlam) Məscidi vəhabi Ali Xəlifə rejimi tərəfindən dağıdılan dörd Məsciddir.

Xatırladaq ki, İmam Səccad (əleyhis səlam) Məscidinin kənarında asılmış cədvəldə, qeyd olunan Məscidin Bəhreyn Ədliyyə Nazirliyi və Cəfəri Vəqf Təşkilatı tərəfindən təmir edildiyi bildirilsə də, lakin rejim muzdurları cədvələ etina etmədən Məscidi uçurtmuşlar.
Source : Abna
Comment