0
Sunday 16 December 2012 - 23:34

Hüsnü Mübarək xəsarət aldı

Story Code : 221946
Hüsnü Mübarək xəsarət aldı
Misirin keçmiş prezidenti Hüsni Mübarək başından travma alıb. Ömürlük həbs cəzası alan diktator yerləşdirildiyi hospitalın sanitar qovşağında sürüşərək yıxılıb.

Mübarəkin həm də döş qəfəsi zədələnib.

Qeyd edək ki, eks-prezident Misirdə ötən il baş vermiş üsyan zamanı dinc nümayişçiləri güllələmək əmri verməkdə günahkar bilinərək ömürlük cəzaya məhkum edilib.
Source : XezerXeber
Comment