0
Monday 17 December 2012 - 09:53

Azərbaycan açıq bazarı xatırladır...

Story Code : 222011
Azərbaycan açıq bazarı xatırladır...
Bu dəfə E.Abdullayevin açıqladığı videodakı faktlar əvvəlki görüntüləri bir növ tamamlayaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin parlamentin “formalaşdırılması” prosesindəki rolunu çılpaqlığı ilə ortaya qoyur. Sevinc Babayeva Elşad Abdullayevlə söhbətində R.Mehdiyevin verilən rüşvəti şəxsən qəbul etdiyini etiraf edir. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, tanınmış siyasi şərhçi Zəfər Quliyevlə də müsahibəyə məhz gündəmdə olan bu mövzu ilə başladıq:
- Normal cəmiyyətdə heç sonuncu videonun açıqlanmasına ehtiyac da qalmazdı. Hökumət və baş verənlərə məsuliyyət daşıyan şəxslər ilk videodan sonra dərhal istefa verərdilər. Eyni zamanda normal dövlətdə bu cür faktların aşkarlanmasına cəmiyyət sərt reaksiya verərək, hakimiyyətin istefasını tələb edərdi. Lakin cəmiyyətin də reaksiyası istənilən səviyyədə olmadı. Bundan başqa, normal cəmiyyətdə adları çəkilən insanlar özləri çoxdan istefa verərdi, hüquq-mühafizə orqanları özləri bu məsələni araşdırmağa başlayardı. Təəssüf ki, silsilə xarakterli məlumatlara baxmayaraq bütün məmurlar sakit formada öz işlərini davam etdirirlər. Halbuki bu adamlar istefaya göndərilməli və onlar barəsində cinayət işi açılmalıdır.
Son videoda qeyd olunan faktlar Azərbaycanda korrupsiyanın miqyasını bir daha təsdiqlədi. Korrupsiya artıq cəmiyyətdə adi hala çevrilib, hər şey alınır, hər şey satılır. Azərbaycan hazırda açıq bazarı xatırladır... /HaqqYolu/
Comment