0
5
comments
Sunday 23 December 2012 - 07:27

Daha bir korrupsioner məmura son

İlanın başı Ramiz Mehdiyevdir.
Story Code : 223985
Daha bir korrupsioner məmura son
Daha bir korrupsioner məmura son
Islam times.org/az/ - Rüşvətxorluq halları dövlət idarələrinin bütün sahələrini iflic vəziyyətinə salıb.2012-ci ildə ölkəmiz ən çox yaddaşlarda və tarixdə rüşvətxor dövlət qulluqçularının bədnam əməlləri ilə həkk olundu.

Respublikada el içində daha çox həyəcan yaradan məsələ isə milli məclis kimi ciddi bir məkanda deputat alveri qalmaqalı oldu.Ölkədə ən çox yeyinti və korrupsiya aktlarına gəldikdə isə azərbaycan dövlətinin hərbi müdafiə sahəsi ön yerlərdən birinə sahibdir.

Respublikanın paytaxtı Bakı şəhərində yerləşən,xalq arasında Papanin hospitalı adlandırılan Mərkəzi hərbi-tibbi Hospitalın rəisi polkovnik Asif Qurbanov,müdafiə naziri general-polkovnik Səfər Əbiyevin sərəncamı əsasında tutduğu vəzifəsindən çıxarılıb.

Sabiq hosspital rəisinin kürsüsündən kənarlaşdırılmasının səbəbi,korrupsiya,saxta yollarla sağlam hərbi çağırışçılara əsgərlikdən yararsız statusu verərək hərbi xidmətdən yayındırma,külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi göstərilir.

Qeyd edim ki,Asif Qurbanov Papanin hospitalında işləməmişdən əvvəll,hələ Qarabağ müharibəsi illərində Tovuz rayonunu “N” saylı hərbi hissəsində tibb məntəqəsi rəisi işləmişdir.Həmin hərbi hissədən əldən etdiyi çirkli pullar hesabına,2004- cü ildən yüksək dairələrə rüşvət verərək,həm də day-dayı hesabına mərkəzi hospitalda ilkin olaraq rəis müavini,sonra isə həmin müəssisəyə komandir təyin olunmuşdu.

Asif Qurbanov işlədiyi bir neçə il ərzində xəstəxanaya ayrılan maddi məbləğləri mənimsəyir,hərbi xidmətə yararsızlıq haqqında rüşvət müqabilində saxta hərbi bilet düzəldir,sağlam hərbi xidmətdə olan əsgərləri pulla adını hospitalın siyahısına saldırmaqla məşğul olmaqla,həqiqi hərbi qulluqçuları əsgəri borcundan yayındırırdı.

Elə düşünürsüz ki,güya dövlətin bütün bu baş verənlərdən xəbəri yox idi.Asif Qurbanov tutduğu cinayət əməllərində əsla tək hərəkət etmirdi, ona havadarlıq edənlər başda müdafiə naziri general-polkovnik Səfər Əbiyev və başqa azərbaycan ordusunun yüksək çinli zabitləri havadarlıq edirdi.

Şübhəsiz,Asif Qurbanov əldə etdiyi gəlirləri özünün dırnaqarası məsləkdaşları ilə mənimsəmişdir.Yoxsa,hər qarışı möhkəm MTN əməkdaşlarının nəzarətində olan bir respublikada bu qədər özbaşınalıq və xuliqanlıqdan xəbərsiz olmaq gülünc deyilmi?

Əlbəttə,belə ciddi vəziyyətdə sabiq polkovnikin cinayətlərində müdafiə nazirliyini
də öz payı var.Hamıya yaxşı bəllidir,Azərbaycanda ən yüksək məqamları belə zəbt etmiş məmurların aldıqları maaşla milyonlarla dollarlıq villalarda yaşaması, avtomobillərdə gəzməsi real məntiqdən çox uzaqdır.

Görünür ki,boynuyoğunların hamısı ifrat korrupsiya və qeyri leqal işlərlə bu qədər sərvətlərə sahib olublar.Asif Qurbanovun ölkənim müxtəlif şəhərlərində iri miqyaslı evləri,onlarla obyektləri vardır.Oğlanlarından biri Vüqar Qurbanov eyniadlı hospitalda baş stomatoloq vəzifəsini işğal etmişdi,sabiq rəisin qalmaqalından sonra oda tutduğu vəzifəsindən atasının günahlarına görə çıxarılıb.

Digər oğlu isə Vüsal Qurbanov,Çin Xalq Respublikasında hüquq təhsili alır.Düşündürücü deyilmi?indiki zamanda öz şəxsi imkanları hesabına,təhsil nazirliyinin heç bir xətti olmadan,vətəndən çox-çox uzaqlarda lüks şəraitdə təhsil almaq.Hamıya tam aydındır ki nəinki müftəxor məmurlarımızın övladları həmçinin heysiyyətsiz müğənnilərin balalarıda əcnəbi dövlətlərdə oxuyurlar.

Maraqlı məqam bundan ibarətdir ki,Asif atanın əldə etdiyi haram pulların sayəsindəmi başa gəlir yoxsa,aldığı əmək haqqı hesabına?Hər gün seçki qabağı hər hansı bir məmurun tutduğu vəzifəsindən kənarlaşdırılması o demək deyil ki,mövcud iqtidar xalqımıza can yandırır.

Diktatura monarxiyası üzdə maskalanaraq,gələcəkdə olacaq seçkilərdə xalqın yalançı dəstəyini əldə etmək naminə canfəşanlıq göstərir.Üzə çıxarılan və ittiham olunan kiçik dövlət qulluqçuları isə dövlətin xalq qarşısına atdığı qurbanlardır.

Əsas ilanın başını əzmək lazımdır.Onlar isə azadlıqdadır.İlanın başı Ramiz Mehdiyevdir.Vəziyyətin bu minvalla davam etməsi,Azərbaycandan korrupsiyanın əskik olmayacağından xəbər verir.Hazırda Mərkəzi hospitalın sabiq komandiri,polkovnik Asif Qurbanov MTN-nin təcridxanasında saxlanılaraq,etdiyi cinayətlərdən dolayı dindirilir.

Asif Qurbanov Azərbaycan respublikasının cinayət məcəlləsini 213- cü maddəsində göstərilən rüşvətxorluq,korrupsioner fəailiyyətlə məşğul olma,külli miqdarda dövlət əmlakına zərər vurma bəndləri ilə,barəsində həbs qəti imkan tədbiri əsasında öz məhkəməsini gözləməkdədir.

Məhkəmə qərar verməmişdən öncə,məndə Azərbaycan respublikasının azad vətəndaşı olaraq onu deyə bilərəm ki,hakimlər özləri Asif Qurbanovu korrupsiyada ittiham edərək mühakimə etmələrinə baxmayaraq,son nəticədə özləri belə cinayət törədərək,həmin şəxsdən rüşvət alıb azad buraxacaqlar.

Hər gün xüsusilədə son bir neçə aylarda yüksək çinli məmurların rüşvətxorluqda suçlandırılmaları,İlham Əliyev iqtidarının çürüklüyünün bariz nümunəsidir.


İSLAMTİMES - KAMİL İBRAHİMZADƏ
Source : İslamtimes
Comment


Azerbaijan
Salam Allah razı olsun
Azerbaijan
Özgəsinin unvanina öz nəslini yerləşdirənlərdi də bunlar,əlbətdə rüşvət baş alib gedir,bu cür insanlar hidayət olunarsa ALLAH bunları islah etsin INŞALLAH,amma deyəsən islahdan keçib
Azerbaijan
Allah zor əhlinə möhlət verməsin
Azerbaijan
bezilerini hidayete qabiliyyeti catmir cunki haram pullar onlarin qelbini kor edib
Azerbaijan
Ramiz kimi cəlladlar getməlidir cəhənnəmə