0
Monday 24 December 2012 - 18:51

Sanksiyalar İran üçün fürsətdir

Story Code : 224494
Sanksiyalar İran üçün fürsətdir
Sanksiyalar İran üçün fürsətdir
Islam times.org/az/ - İranlı nazir bu açıqlamanı bazar günü Tehranda keçirilən mətbuat konfransı zamanı edib.

O deyib: “Sanksiyalar istehsalat sahəsinin daha da inkişaf etməsinə səbəb olub və biz bu fürsətdən ən yaxşı şəkildə faydalanmağa çalışırıq.”

Günün əvvəllərində İran prezidenti Mahmud Əhmədinejat deyib ki, düşmənlər İrana qarşı yeni tədbirlər görməyə hazırlaşırlar, ancaq İran artıq çox güclü bir dövlət olub və Qərbin bu təziqlərinin qarşısını almaq üçün bəzi xüsusi planlar hazırlayıb.

ABŞ tərəfindən İrana qarşı tətbiq edilən bu sanksiyalara səbəb heç bir sübuta əsaslanmayan İranın nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etmək ittihamlarıdır.

İran bu ittihamları rədd edərək bildirib ki, Nüvə Yayılmama Razılığını imzalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olan bir dövlət kimi nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.

Buna əlavə olaraq Atom Agentliyi İranın nüvə sahələrində müxtəlif yoxlanışlar aparmış, ancaq İranın dinc nüvə proqramından kənara çıxmasını sübut edən heç bir dəlil tapmamışdır.
Source : İslamtimes
Comment