0
Tuesday 25 December 2012 - 09:31

Səudiyyə Ərəbistanda bir şəxs rejimə etiraz əlaməti olaraq özünə od vurub

Story Code : 224666
Səudiyyə Ərəbistanda bir şəxs rejimə etiraz əlaməti olaraq özünə od vurub
Səudiyyə Ərəbistanda bir şəxs rejimə etiraz əlaməti olaraq özünə od vurub
Islam times.org/az/ - Səudiyyə mediasının bildirdiyinə görə bazar ertəsi günü Səudiyyəli bir şəxs ona qarşı iş yerində nalayiq hərəkət olunduğu üçün özünə od vurub. O işdən formal və rəsmi xəbərdarlıq olmadan çıxarılıb.

Tunisdə rejim əleyhinə etirazlara rəvac verən bir şəxsin özünü yandırma hadisəsindən sonra Səudiyyə Ərəbistanında da bir neçə belə hallar müşahidə olunub.

“Human Rights Watch”-un verdiyi məlumata əsasən Səudiyyə rejimi dinc əhaliyə və etirazçılara qarşı tez-tez zorakılıq tətbiq edir.

2011-ci ilin fevral ayından etibarən Səudiyyə Ərəbistanın neft ilə zəngin olan Şərq Əyalətində rejim əleyhinə etiraz nümayişləri təşkil edilir.

Səudiyyəli etirazçılar demək olar ki, Şərq Əyalətinin Qətif və Avamiyyə şəhərləri də daxil olmaqla bütün regionlarda nümayişlər keçiriblər. Onların əsas tələbləri siyasi məhbusların azad edilməsi və ayrıseçkiliyə son qoymaqdır.
Source : İslamtimes
Comment