0
Sunday 30 December 2012 - 19:11

Ali Səud rejimi İslam Dünyasına xəyanət edir

Story Code : 226541
Ali Səud rejimi İslam Dünyasına xəyanət edir
PressTV-yə müsahibə verən görkəmli siyasi alim və ekspert Kevin Barret deyib ki, Səudiyyə Ərəbistanı ABŞ və Sionist rejiminə dəstək verməklə əslində bütün Müsəlman Dünyasına qarşı xəyanət edib.

Siyasi ekspert sözlərinə davam edərək bildirib ki, Səudiyyə Ərəbistan Yaxın Şərqdə müsəlmanların birlik çağırışlarını və imperializmin məhvini özündə əks etdirən Ərəb Baharının qarşısının alınmasında mühüm rol oynayan dövlətlərdən biri oldu.

O bir qədər əvvəllərə qayıdaraq deyib ki, Səudiyyə Ərəbistan hələ ABŞ prezidenti Ruzveltin 1945-ci ildə İbn Səud ilə görüşərək iki tərəfli əlaqələri rəsmiləşdirdikdən sonra ABŞ-ın strateji müttəfiqinə çevrildi.

O deyib: “Mən fikirləşirəm ki, Ərəb Baharının qarşısını alanlar məhz Səudiyyə rejimi oldu. Səudiyyə ABŞ-ın göstərişi ilə Bəhreynə qoşun göndərməklə Ərəb Baharını Bəhreyndə boğmuş oldu. Səudiyyəlilər daha sonra öz maliyyə imkanlarından istifadə edərək Ərəb Baharını vətəndaş müharibələrinə doğru yönəltməyə başladılar. İlk öncə Liviyadan başladılar, daha sonra da Suriyada bu planı həyata keçirməyə başladılar və bununla da onlar regionda Səud-Amerika-Sionist işbirliyinə qarşı olan real təhlükəni özlərindən qismən də olsa uzaqlaşdıra bildilər.”

O Suriya münaqişəsində Səudiyyənin roluna toxunaraq deyib: “Hal-hazırda Suriyadakı vətəndaş müharibəsini dəstəkləyən əsas qüvvə Səudiyyə Ərəbistandır. Bundan da pisi odur ki, Səudiyyə milyardlarla dollar pul xərcləməklə İslam Dünyası boyunca təriqətçiliyi yayır və şiəliyə qarşı nifrəti təbliğ edir.”

O əlavə edərək deyib: “Əgər Səudiyyə Ərəbistanı ABŞ və Sionistlər ilə müsəlmanların əleyhinə işbirliyi etməsəydi və ABŞ ilə yollarını ayıraraq ABŞ-dakı bütün sərmayə və pullarını geri götürərək Ərəb və Müsəlman dünyasında infrastruktur və təhsil sahəsinə xərcləsəydi və müsəlmanlar arasında təfriqə yaratmaqdansa müsəlmanların birliyinə çalışsaydı, bu zaman biz yeni bir dünya nizamının içərisində olmuş olardıq, elə bir dünya ki, müsəlmanlar daha çox imkanlara sahib olardılar.”

Amerika və Sionist siysətçilərinin də qorxduğu şey məhz budur. Bu səbəbdən də Ərəbistanın gələcəyi həqiqətən də gələcək dünyanın əsas döyünən ürəyidir, bu səbəbdən də Amerika-Sionist imperiyası Səudiyyə Ərəbistanındakı neft yataqlarını tam nəzarətləri altına alıblar, əgər bu durum dəyişərsə, bu zaman çox şey dəyişəcəkdir.

Müsahibənin sonunda isə o deyib: “Mən ümid edirəm ki, bir gün gələcək ki, Ərəb xalqı oyanaraq dəyişikliklər tələb edəcək. Bu zaman Ərəb Baharı öz son hədəfinə çatmış olacaqdır. Artıq baş verən bir sıra hadisələr də göstərir ki, bu hadisənin gerçəkləşməsinə çox az bir zaman qalıb.”
Comment