0
Tuesday 1 January 2013 - 11:20

Kim ABŞ səfirini öldürsə...

Story Code : 226993
Kim ABŞ səfirini öldürsə...
Əl-Qaidə terror təşkilatı ABŞ-ın Yəməndəki səfirini öldürənə 3 kiloqram qızıl (təxminən 160 min dollar) vəd edib. Bundan başqa, təşkilat ölkə ərazisində öldürülən hər bir Amerika əsgərinə görə 23 min dollar mükafat veriləcəyini bəyan edib. Əl-Qaidənin yaydığı məlumatda deyilir ki, təklif 6 ay qüvvədə olacaq.
Qeyd edək ki, 2011-ci ilin yazından Yəməndəki silahlı qruplaşmalar, eləcə də, Əl-Qaidənin yerli özəyi fəallaşıb. Onlarla mübarizə üçün Yəmən prezidenti ABŞ-dan kömək istəyib. 2012-ci ilin yazından Yəməndə silahlılara qarşı irimiyaslı əməliyyatlar keçirilir. ABŞ hərbçiləri son vaxtlar silahlılara qarşı mübarizəni daha da gücləndirib. /HaqqYolu/
Comment