0
Wednesday 2 January 2013 - 10:22

“İsrail Həmas ilə sülh danışıqları aparmaq niyyətindədir”

Story Code : 227332
“İsrail Həmas ilə sülh danışıqları aparmaq niyyətindədir”
Bazar ertəsi günü İsrail xristian liderləri qarşısında çıxış edən Peres fələstinlilər ilə sülh danışıqları prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb. Hələ bazar günü Peres demişdir ki, Fələstin hökumətinin rəhbəri Mahmud Abbas elə bir liderdir ki, İsrail onunla danışıqlarda sülh razılaşmasını əldə edə bilər. Peresin bu fikri İsrailin müəyyən dairələrində ona qarşı tənqidlər yaratmışdır.
Peres yeni il ərəfəsində xristian liderlər ilə görüşündə deyib: “İnsanlar Həmas haqqında suallar verirlər, axı biz niyə Həmasla danışıqlar aparmayaq? Onlardan cavab alana qədər bu məsələdə elə də səhv bir iş yoxdur.”
O əlavə edərək deyib: “Biz Həmasla danışıqlar aparmaq istəyirik, ancaq onlar yox.”
Peres həmçinin deyib: “Mən inanıram ki, israillilər də ərəblər kimi bu münaqişənin həll olunmasını istəyirlər. Bu sadəcə arzu deyil. Bu sülh əldə olunmalıdır və biz bunun üçün çalışmalıyıq.”
Baş nazir Benyamin Netanyahu Peresin bu sözlərini tənqid edərək deyib ki, bu çox pis bir haldır ki, prezident öz siyasi fikirlərini ifadə etməyi seçib, ancaq İsrail ictimaiyyəti bu fikirlər ilə razı deyillər.
Prezidentin bu açıqlaması işğalçı İsrailin Qəzza üzərində olan blokada şəraitini beynəlxalq təzyiqlər altında yumşaltmasından sonra edilib və bu yumşaltma nəticəsində Rəfah sərhəddindən min tonlarla tikinti materiallarının Qəzzaya gətirilməsi mümkün olub.
Bu nailiyyət fələstinlilərin İsrail ilə olan səkkiz günlük müharibədə qələbə çalmasından sonra baş verdi.
Comment