0
Wednesday 2 January 2013 - 10:39

Rusiya Suriyaya xeyli hərbi gəmilər göndərib

Story Code : 227335
Rusiya Suriyaya xeyli hərbi gəmilər göndərib
Verilən məlumata əsasən Rusiya hərbi dəniz bazasının yerləşdiyi Suriyanın Aralıq dənizindəki Tartus portuna hərbi dəniz piyada birləşmələri daşıyan gəmilər göndərib.

Rusiya mediası hərbi mənbəyə istinadla deyib ki, bazar günü Noveçerkask hərbi gəmisi Qara Dənizdə yerləşən Novorossiyski portunu tərk etmiş və yanvar ayının ilk günlərində Tartus portuna çatacaq.

Digər iki hərbi gəmi – Azov və Nikolay Filçenkov isə cümə günü Rusiya hərbi dəniz bazasından çıxaraq Suriya istiqamətində hərəkət edib.

Məlumatda deyilir ki, Suriyada vəziyyət pisləşəcəyi təqdirdə Moskva Suriyada yaşayan və işləyən vətəndaşlarının təclili şəkildə köçürülməsinə hazırlaşır.

İki həftə əvvəl Rusiya Müdafiə Nazirliyi elan edərək bildirib ki, Rusiya hərbi dəniz donanması Baltikdəki Baltik portundan Suriyanın su ərazisi yaxınlığında olan Aralıq Dənizinə göndərilib.

Donanmaya Yaroslav Mudrıy freqatı, Kalininqrad və Aleksandr Şabalin hərbi gəmiləri və digər iki gəmi daxildir.

Suriya hökumətinin əsas müttəfiqi olan Rusiyanın Tartus portunda kiçik hərbi dəniz bazası var.
Comment