0
Tuesday 8 January 2013 - 11:21

Sionistlər qantökən və müharibə tərəfdarıdırlar

Story Code : 229122
Sionistlər qantökən və müharibə tərəfdarıdırlar
Sionistlər qantökən və müharibə tərəfdarıdırlar
Islam times.org/az/ - 2010-cu ildə Livanın əl Quds televiziyasına müsahibə verən və o vaxtlar Müsəlman Qardaşların sözçüsü kimi fəaliyyət göstərən Mursi demişdir ki, İsrail ilə sülh danışıqları aparmaq sadəcə vaxtın hədər getməsidir və müqavimət Fələstin azadlığının yeganə həll yoludur.

Təzəlikdə Misir media vasitəsilə yayımlanan videoda Mursi deyir: “Bu səmərəsiz danışıqlar vaxt və imkan sərfindən başqa bir şey deyil. Sionistlər bununla vaxt və imkanlar qazandıqları təqdirdə fələstinlilər, ərəblər və müsəlmanlar vaxt itirirlər və əvəzində isə heç nə əldə etmirlər.”

Misirin yeni prezidenti həmçinin iddia edərək bildirib ki, Fələstin hökuməti Sionist və Amerikan düşmənlər tərəfindən Fələstin xalqının mövcudluğunu və onun maraqlarının həyata keçirilməsinin qarşısını almaq üçün yaradılıb.

O iki il öncə bundan əvvəl deyib: “Bu cür danışıqdan heç bir müsbət bir şey gözləmək olmaz. Ya Sionistlərin dedikləri hər bir şeyi qəbul etməli, ya da ki, müharibə olmalı.”

O daha sonra Fələstin torpaqlarında qurulmuş “cinayətkar sionistlərə” qarşı hərbi, siyasi və iqtisadi müqavimətdən istifadə etməyə çağırıb. O sonra dünya müsəlmanlarına müraciət edərək müqavimət döyüşçülərini dəstəkləməyi və harda olursa olsun Sionistlərə qarşı mübarizə aparmağa səsləyib.
Source : İslamtimes
Comment