0
Monday 14 January 2013 - 08:19
Amerikalı analitik:

İran ilə müharibə ABŞ-ın supergüc statusunu dağıda bilər

Story Code : 231015
Amerikalı analitik: İran ilə müharibə ABŞ-ın supergüc statusunu dağıda bilər
Amerikalı analitik: İran ilə müharibə ABŞ-ın supergüc statusunu dağıda bilər
Islam times.org/az/ - Amerikanın iki nüfuzlu Yaxın Şərq üzrə ekspertləri olan Flaynt və Hillari Mann Laverett “Niyə ABŞ İran İslam Respublikasının şərtləri ilə razılaşmalıdır” başlıqlı yenicə nəşr edilmiş kitablarında deyiblər ki, ABŞ İrana qarşı uğursuzluqla nəticələnən strategiyasından əl çəkərək İran ilə yaxşı münasibətlər qurmalıdır.

Laverettilər deyib ki, ABŞ-ın İraqı işğal etməsinə səbəb olan yalan və siyasi münaqişə üzərində qurulan iddialar indi də Vaşinqtonu İran ilə müharibəyə doğru çəkməkdədir.

Buş və Klinton administrasiyalarında analitik vəzifəsində çalışan hər iki müəllif sübutlar gətirərək deyiblər ki, İslam Respublikası çox möhkəm əsaslar üzərində qurulub və İran xalqı ölkədəki siyasi quruluşu təmamilə dəstəkləyirlər.

Onlar həmçinin vurğulayaraq bildiriblər ki, Yaxın Şərqdə məslələrin həll edilməsində İran təsir dairəsi çox güclüdür.

ABŞ və İsrail dəfələrlə Tehranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edərək İranı hərbi hücum seçimi ilə təhdid ediblər.

İran isə bütün bu iddiaları rədd edərək nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirib və əgər hərbi hücum olarsa bu zaman ölümcül cavab verəcəyi ilə xəbərdarlıq edib.
Source : İslamtimes
Comment