0
Tuesday 15 January 2013 - 00:02

Akademik: Pakistanda şiə qətllərinin arxasında ABŞ-Vəhhabi birliyi durur

Story Code : 231325
Akademik: Pakistanda şiə qətllərinin arxasında ABŞ-Vəhhabi birliyi durur
Akademik: Pakistanda şiə qətllərinin arxasında ABŞ-Vəhhabi birliyi durur
Islam times.org/az/ - Press TV-də dərc edilən məqalədə akademik İsmail Səlami deyib: “Pakistandakı dini ekstremizmin kökləri hələ ABŞ-ın Sovet qoşunlarını Əfqanıstandan çıxartmaq istədiyi dövrlərə gedib çıxır. O vaxtlar bu hədəfə çatmaq üçün Pakistanın daxili kəşfiyyat xidməti ABŞ tərəfindən yüksək şəkildə təlimatlandırılmış və Səudiyyə vəhhabiləri tərəfindən də maliyyələşdirilmişdir.”

O deyib: “Heç təəccüblü deyil ki, Vaşinqtonun icazəsi ilə Talibanı tanıyan dövlətlər Səudiyyə Ərəbistanı, Pakistan və Birləşmiş Ərəb Əmirliyi olmuşdur.”
Səlami Pakistanda şiələrə qarşı edilən soyqırımın arxasında Pakistan daxili kəşfiyyat idarəsi və hökumət tərəfindən maliyyələşən bəzi təşkilatların olduğunu deyib.

Sonuncu anti-şiə zorakılığında şiə müsəlmanların daha çox yaşadığı ərazidə baş vermiş iki bomba partlayışı nəticəsində yüzdən çox insan həlak olmuş və iki yüzə yaxın insan isə yaralanmışdır.

Hadisə yerinə toplaşan minlərlə insan hadisə qurbanlarının cəsədlərini dəfn etməkdən imtina ediblər. Etirazçılar deyiblər ki, ordu şiə vətəndaşları təhlükəsizliyini təmin etməyənə kimi onlar bu əməli etməyəcəklər. Onlar həmçinin Bəluçistan əyalətinin hökumətinin istefasını tələb ediblər.

Məqalənin sonunda Səlami nəticə çıxararaq deyib: “Bizim bu faciəyə hansı ad qoymağımızdan asılı olmayaraq həqiqət budur ki, Pakistanda şiə azlığa qarşı aparılan bu soyqırım siyasəti acı həqiqətdir və qeyri insani bir əməldir.”
Source : İslamtimes
Comment