0
Tuesday 15 January 2013 - 10:30

Rusiya NATO qüvvələrinin məscidi bombalamasını araşdırmağı tələb edir

Story Code : 231389
Rusiya NATO qüvvələrinin məscidi bombalamasını araşdırmağı tələb edir
Rusiya XİN-inin insan haqları, demokratiya və qanunun aliliyi məsələləri üzrə səlahiyyətlisi Konstantin Dolqov bildirib ki, bu cinayəti törədən beynəlxalq işğalçı qüvvələr cəzalandırılmalıdır, - “RİA Novosti”.

“NATO komandanlığını baş vermiş hadisəni ciddi şəkildə araşdırmağa çağırırıq. Bu cinayəti törədənlər cəzalandırılmalı və belə halların bir daha təkrarlanmaması üçün tədbirlər görülməlidir”, - deyə Rusiya XİN-indən bildirilib.

Dolqovun sözlərinə görə, dinc insanların həyatını itirdikləri bu əməliyyatlar faciədir və bu faktlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Xatırladaq ki, NATO qüvvələri ötən gün Saidabad əyalətində məscidə iki zərbə endirib. Nəticədə məsciddə sübh namazı qılan 15 müsəlman həyatını itirib. /Deyerler/
Comment