0
Wednesday 23 January 2013 - 10:32

NATO İran yox, Rusiyanı vurmaq istəyir

Story Code : 233811
NATO İran yox, Rusiyanı vurmaq istəyir
Rusiya Hava Qüvvələrinin sabiq komandanı Anatoli Kornukov Türkiyənin Suriya sərhədinə yerləşdiriləcək "Patriot" Raket Əleyhinə Müdafiə sisteminin əsas hədəfinin Rusiya olduğunu söyləyib. "İnterfax" agentliyinə müsahibəsində Anatoli Kornukov bildirib ki, "Patriot" raketləri Suriyadan gələ biləcək təhlükədən daha çox, Müstəqil Dövlətlər Birliyi (MDB) və Kollektiv Təhlükəsizlik Razılaşması Təşkilatına (KTRT) üzv ölkələr və Rusiyanı hədəfə alıb.
Qeyd edək ki, RƏM sisteminin sərhəddən uzaq bir məsafədə yerləşdiriləcəyini və 75 kilometr mənzili olduğunu vurğulayan Anatoli Kornukov, bunun Ermənistan üçün də təhlükə yaratdığını iddia edib.
Comment