0
Wednesday 23 January 2013 - 23:02

Rejim muzduruna sarsıdıcı zərbə

Story Code : 234056
Rejim muzduruna sarsıdıcı zərbə
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsində ruhani Abgül Süleymanovun şikayətinə baxış sona çatıb. Vəkil Rüstəm Zülfüqarov “Media forum” saytına deyib ki, məhkəmə birinci instansiyanın qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

Əldə etdiyimiz məlumata görə, qərar elan olunan kimi prosesdə iştirak edən dindarlardan biri hakim Mirpaşa Hüseynova ayaqqabı atıb. Ayaqqabı hakimin alnına dəyib.

Abgül Süleymanov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ilin avqustunda çıxardığı hökmlə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Comment