0
Thursday 24 January 2013 - 10:33

ABŞ etiraz aksiyalarında çalxalanır

Story Code : 234184
ABŞ etiraz aksiyalarında çalxalanır
Nyu-Yorkda izdihamlı nümayişlər ABŞ hökumətini rahatlığını əlindən alıb. Aksiyaçılar kütləvi hal almış qətliamların qarşısının alınması üçün silah satışına qadağa qoyulmasını tələb edirlər. “Silaha nəzarət üzrə bir milyon ana hərəkatı” adı altında küçələrə çıxan minlərlə qadın hökuməti qətliamlara son qoymağa çağırıb.
Son vaxtlar amerikada odlu silahla qətliamlar kütləviləşir. ABŞ-da hər il 30 min insan silahlı təcavüzə məruz qalır və qətlə yetirilir. Çikaqo cinayət laboratoriyasının hesabatına görə ölkədə hər gün 87 nəfər odlu silahla qətlə yetirilir. İldə ölkə əhalisinə 4,5 milyon silah satılır. Qətliamlar kütləvi xarakter alsa da silah inhisarçıları bu böyük gəliri əldən çıxarmaq fikrində deyil. /HaqqYolu/
Comment