0
Friday 25 January 2013 - 00:03

Siyasi analitik: Netanyahu hakimiyyətdə olduğu müddətdə Fələstin ilə sülh danışıqları olmayacaq

Story Code : 234382
Siyasi analitik: Netanyahu hakimiyyətdə olduğu müddətdə Fələstin ilə sülh danışıqları olmayacaq
Siyasi analitik: Netanyahu hakimiyyətdə olduğu müddətdə Fələstin ilə sülh danışıqları olmayacaq
Islam times.org/az/ - Cəfər Hadi Həsən Press TV-yə müsahibəsində deyib: “Biz Fələstin məsələsi ilə çıxılmaz vəziyyətdə qalmışıq, çünki Netanyahunun heç vaxt Fələstin dövləti ilə razılığa gəlmək niyyəti olmayıb.

Biz onun hərəkətlərindən də görə bilərik ki, o zaman-zaman işğal edilmiş ərazilərdə yeni məskunlaşma əraziləri salır və o bir dəfə demişdir ki, İordaniya ilə Aralıq dənizi arasında Fələstin dövləti deyilən bir dövlət olmayacaq.”

O daha sonra deyib ki, Netanyahu İsrail seçkilərində qalib gəldikdən sonra fikirləri Fələstin məsələsi üzərində cəmləşdirməkdən boyun qaçıracaq.

Eqzit poll günü əvvəllərində göstərdi ki, İsrail baş naziri Benyamin Netanyahunun Likud partiyası İsrail ümumi seçkilərində çox az əksəriyyətin səsini toplayıb.

Həsən deyib: “Biz həmçinin danışıqlarda da durğunluq müşahidə edəcəyik. Yəni əsas gündəmdə olan məsələlər əsasən daxili problemlər olan iqtisadi, sosial və maliyyə problemlərindən ibarət olacaq. Fələstin məsələsi isə çalışılacaq ki, qıraqda qalsın.”

O sözünü davam edərək bildirib ki, növbəti dörd il ərzində İsrail baş nazirinin sülh və danışıqlar haqqında heç bir marağı olmayacaq.

Analitik sonda sözünü tamamlayaraq deyib: “Bütün bunlardan aydın olur ki, Netanyahunun sülh danışıqları haqqında marağı yoxdur və o bu məsələni növbəti dörd ilə saxlamaq istəyir.”
Source : İslamtimes
Comment