0
Saturday 26 January 2013 - 13:19

Səudiyyə Ərəbistanı kralının həyat yoldaşı İngiltərəyə qaçıb

Story Code : 234780
Səudiyyə Ərəbistanı kralının həyat yoldaşı İngiltərəyə qaçıb
“IslamTimes” xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Məlik Abdullahın həyat yoldaşı İngiltərəyə qaçıb. O rejim rəsmilərinə müraciət edərək qızlarının da ölkəni tərk etməsinə icazə verilməsini istəyib. Amma görünür onun bu istəyinə müsbət cavab verilməyib.

Elə uyğun səbəbdən Səudiyyə kralının həyat yoldaşı Strasburq məhkəməsinə şikayət edərək qızlarının Səudiyyə Ərəbistanını tərk etməsi ilə bağlı qoyulmuş qadağanın aradan qaldırılmasını tələb edib.

Səudiyyə Ərəbistanı Qərblə sıx əməkdaşlıq etdiyi üçün Qərb mətbuat orqanlarına uyğun xəbəri işıqlandırmamaq göstərişi verilib. Diktator rejim bildirib ki, bu xəbər Səudiyyə rejimi düşmənlərini sevindirə bilər.

Xatırladaq ki, ilk dəfə deyil ki, Səudiyyə Ərəbistanında kral ailəsindan olan bir şəxs ölkəni tərk edir. Bundan öncə də Binti Təlal İngiltərəyə gedərək siyasi sığınacaq istəmişdi. Səudiyyə rejimi onu İran, Hizbullah və digər ölkələrlə rabitə saxlamaqda ittiham edir. Binti Təlal isə bildirib ki, Səudiyyə rejimi onu islahatlar tələb etdiyi üçün həbs etmək niyyətindədir.
Comment