0
Sunday 27 January 2013 - 08:11

Fransa: Əsədin devrilməsindən heç bir nişanə yoxdur

Story Code : 235038
Fransa: Əsədin devrilməsindən heç bir nişanə yoxdur
Fransa: Əsədin devrilməsindən heç bir nişanə yoxdur
Islam times.org/az/ - Xarici işlər naziri Laurent Fabius mətbuata açıqlamasında deyib: “Demək olar ki, heç bir hərəkət yoxdur. Bizim Bəşər Əsədin devrilərək müxalifətin hakimiyyətə gəlməsi haqqında gümanlarımız boş çıxdı və bu yerdəyişmə baş vermədi.”

Fabius hələ dekabr ayında jurnalistlərə müsahibəsində demişdir ki, Əsədin sonuna çox az qalıb. Ancaq indiki müsahibəsində isə o deyib ki, Suriyadakı münaqişə haqqında beynəlxalq vasitəçilik və müzakirələr heç bir nəticə vermir. Heç bir müsbət fəaliyyət yoxdur.

O deyib ki, 28 yanvarda Suriya müxalifətinin liderləri və müxtəlif təşkilat nümayəndələri Parisdə görüşərək əvvəlki öhdəlikləri necə yerinə yetirməyi müzakirə edəcəklər.

Fransa 2012-ci il 13 noyabrda Suriya müxalifət koalisiyasını tanıyan ilk Avropa ölkəsi oldu. Paris deyib ki, o Suriyadakı üsynaçıları silah-sursat ilə təmin etmək məsələsinə baxacaq.

Suriya müxalifəti Qərbin və bəzi dövlətlərin dəstəyi ilə Suriya prezidenti Bəşər Əsədə qarşı yeni hərəkat yaratmaq haqqında qərar imzalayaraq 2012-ci ilin noyabrnda Suriya Milli Koalisyasını yaratdılar.

2012-ci il 16 noyabrda Paris suriyalı üsyançıları silah ilə təmin etmək üçün Avropa Birliyindən Suriyaya qarşı olan silah embarqosunu ləğv etməyə çağırdı.
Source : İslamtimes
Comment