0
Monday 28 January 2013 - 07:23

İngiltərədə spirtli içkilərdən dünyasını dəyişən qadınların sayı getdikcə artır

Story Code : 235335
İngiltərədə spirtli içkilərdən dünyasını dəyişən qadınların sayı getdikcə artır
İngiltərədə spirtli içkilərdən dünyasını dəyişən qadınların sayı getdikcə artır
Islam times.org/az/ - İngiltərə mediası tərəfindən dərc edilən statistik rəqəmlərə əsasən spirtli içkilərdən dünyasını dəyişən qadınların əksəriyyəti şirkət rəhbəri, həkim, vəkil və digər yüksək vəzifəli peşə sahibləridir.

Kişilər arasında da bu səbəbdən ölüm yüksək səviyyədə idi, ancaq qadınlara nisbətən azlıq təşkil edir.

Orta təbəqəli və orta yaşlı qadınlar arasında mövcud olan bu zəhərli içki iflic və infarkta səbəb ola biləcək qara ciyər xəstəliyi, xərçəng və yüksək qan təziqi xəstəlikləri yaradır.

Spirtli içkilər əleyhinə qrupun rəhbəri olan Tory Tracey deyib ki, şərəbxor insan təxminən həftədə 35 spirtli içki əbul edir. Bu da bir gecəyə yarım şüşə çaxır edir.

O deyib: “Bir çox insanlar, xüsusən də qadınlar qəbul edə biləcəklərindən çox içirlər. Bunun da bir neçə səbəbi var, əsasən də bu halların ictimaiyyət tərəfindən qəbul edilməsi, spirtli içkilərin hər yerdə satılması və qiymətinin ucuz olması və bu kimi səbəblər.”

Tracey əlavə edərk deyib: “Biz gərək iş yerlərində spirtli içkilərin ziyanları və insana gətirə biləcək xoşagəlməz hallar haqında maarifləndirici işlər aparaq.”

2011-ci ildə qadınlar arasında spirtli içkilərin səbəb olduğu qara ciyər xəstəliyi, xərçəng, infarkt və bu kimi xəstəliklərdən ölən qadınların sayı 1402 nəfər çatmışdır. On il əvvəllə müqayisədə ölüm sayı 20% artıb. On ilə əvvəl bu gösətrici 1177 nəfər olmuşdur.

İngiltərə Spirtli İçkilərdən Müalicə şöbəsinin müdiri professor İan Gilmore deyib: “Demək olar ki, spirtli içkilərin səbəb olduğu qara ciyər xəstəliyindən başqa bütün xəstəliklərə gənc və orta yaşlı insanlarda çox az rast gəlinir. ”
Source : Islamtimes
Comment