0
Thursday 31 January 2013 - 23:14

Gizli sənədlər Britaniya və Qətərin Suriyaya qarşı təxribatlarını aşkara çıxartdı

Story Code : 236297
Gizli sənədlər Britaniya və Qətərin Suriyaya qarşı təxribatlarını aşkara çıxartdı
Gizli sənədlər Britaniya və Qətərin Suriyaya qarşı təxribatlarını aşkara çıxartdı
Islam times.org/az/ - Livanın əl Mənar televiziyasının verdiyi məlumata görə Britaniyanın Britam Defens vebsaytından ələ keçirilərək aşkara çıxarılan sənəddə göstərilir ki, Qətər bu planın müqabilində şirkətə külli miqdarda pul verəcəyini vəd verir.

Britam şirkətinin iki rəsmisi arasında olan məktublaşmada deyilir ki, Qətər Suriyadakı üsyançıları kimyəvi silahlardan istifadə edərək bunu hökumətin üstünə yıxmasını təşkil edəcək və bu plan Vaşinqton tərəfindən də bəyənilib.

Məktubda yazılır: “Biz yeni təklif almışıq. Bu yenidən Suriya haqqındadır. Qətərlilər sərfəli təklif irəli sürüblər və and içirlər ki, bu təklif Vaşinqton tərəfindən də bəyənilib.”

Sənədlərə əsasən Qətər həmçinin kimyəvi silahların Liviyadan Suriyanın Homs şəhərinə daşınmasını da təklif edib.

Qətər Britaniya şirkətinə bildirib ki, onlar ukraynialı bir şəxs taparaq onun sanki rusiyalı olduğunu və Suriya əleyhinə sübut kimi istifadə etməyi təklif edib.

Bu sənədlər Suriya müxalifət koalisiyasının rəhbəri Əhməd Moaz əl Xatibin elan edərək Qətərin koalisiyaya 20 milyon dollar verdiyini bildirdikdən sonra aşkara çıxdı.
Source : Islamtimes
Comment