0
Saturday 2 February 2013 - 10:10

"Human Rights Watch"-dan Səudiyyə Ərəbistanına növbəti çağırış

Story Code : 236585
"Human Rights Watch"-dan Səudiyyə Ərəbistanına növbəti çağırış
"IslamTimes" "Əl-Mənar" xəbər agentliyinə istinadən xəbər verir ki, "Human Rights Watch" təşkilatı Ali-Səud rejimini Səudiyyə Ərəbistanında təqiblərə son qoymağa çağırıb.

İnsan Haqqlarını Müdafiə təşkilatı həmçinin rəsmi Riyazdan siyasi məhbusları qeyd-şərtsiz azad etməyi tələb edib.

"Human Rights Watch" bildirib ki, öz haqlarını tələb edən minlərlə günahsız, dinc sakinin həbs edilməsi ölkədə zülm-sitəmin artdığının göstəricisidir. Bu ölkədə təkcə dini və siyasi mövqeyini açıqlayan insanlar zindanlara salınır.

Xatırladaq ki, uzun müddətdir Səudiyyə Ərəbistanında dinc aksiyalar təşkil olunaraq diktator rejimdən islahatlar tələb olunur. Ali-Səud rejimi isə xalqın bu tələbi qarşısında onları vəhşicəsinə susduraraq zindanlara salır.
Comment