0
Saturday 2 February 2013 - 21:23

Müsəlmanlar ayıq-sayıq olmalı və düşmənin əlində alətə çevrilməməlidirlər

Story Code : 236715
Ayətullah Siddiqi
Ayətullah Siddiqi
Islam times.org/az/ - İranlı ruhani əlavə edərək deyib: “Bütün müsəlmanlar düşmənin müsəlman cəmiyyətlər arasında təfriqə salmaq kimi çirkin hiylələri müqabilində bir olmalıdırlar və düşmənin bu planının həyata keçməsinə imkan verməməlidirlər.”

Ayətullah Siddiqi daha sonra vurğulayaraq bildirib ki, ABŞ və onun müttəfiqləri müsəlmanlar içərisəndə həqiqi İslama qarşı olan qruplar yaradaraq müsəlmanların inkişafının qarşısını almaq istəyir.

Suriyadakı vəziyyətə toxunan alim deyib ki, bəzi region dövlətləri müsəlmanların birləşərk Qərb hegamoniyasına qarşı müqavimət göstərməsinə kömək etmək əvəzinə düşmənin əlində alətə çevrilərək qardaş qırğınına şərait yaradır və Suriyada mövcud olan münaqişəni qızışdırır.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvəlləri də daxil olmaqla müqnaqişə nəticəsində xeyli insan həlak olub.

Suriya hökuməti ölkədə mövcud olan münaqişənin xaricdən qızışdırıldığını bildirmiş və demişdir ki, Suriya hökumətinə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici döyüşçülərdən ibarətdir.
Source : Islamtimes
Comment