0
Tuesday 5 February 2013 - 12:19

Səudiyyəli etirazçılar rəsmi Riyaddan siyasi məhbusları azad etməyi tələb ediblər

Story Code : 237315
Səudiyyəli etirazçılar rəsmi Riyaddan siyasi məhbusları azad etməyi tələb ediblər
Səudiyyəli etirazçılar rəsmi Riyaddan siyasi məhbusları azad etməyi tələb ediblər
Islam times.org/az/  - Səudiyyəlilər 29 yanvarda da Riyadda oxşar nümayişlər keçirmiş və rejimdən nümayişlər zamanı həbs edilmiş etirazçıları dərhal azadlığa buraxmağı tələb etmişdilər.

Nümayişçilər Səudiyyə təhlükəsizlik qüvvəllərinin etirazçılara qarşı həddən artıq güc tətbiq etməsinə görə şüarlar səsləndrimiş və Ali Səud rejiminin həbs edilənlərə qarşı tətbiq etdiyi zorakılıq və işgəncə hallarını tənqid etmişdilər.

2011-ci ilin fevral ayından etibarən nümayişçilər Səudiyyə Ərəbistanın Qətif regionu və Şərq əyaləti olan Avamiyyə də daxil olmaqla bütün ərazilərdə nümayişlər təşkil edirlər.

2011-ci ilin noyabr ayında səudiyyə təhlükəsizlik qüvvəlləri nümayişçilərdən beş nəfərini qətlə yetirdikdən və bir neçə nəfəri də yaraladıqdan sonra nüamyişlər rejimə qarşı etirazlara çevrildi.

Səudiyyə qüvvəlləri həmçinin görkəmli Şiə ruhanisi Şeyx Nimr əl Nimri də həbs ediblər.

2012-ci ilin oktaybr ayında Səudiyyə rəsmiləri xəbərdarlıq edərək bildiriblər ki, rejim əleyhinə çixan hər bir şəxsə qarşı ciddi tədbirlər görüləcək.

Amnesty İnternational hökumətin bu cür təhdidlərini pisləmiş və dərhal bu təhdidləri geri götürməyi tələb etmişdir.
Source : Islamtimes
Comment