0
Tuesday 5 February 2013 - 20:46

İsrailin yeni fitnəkarlığı

Story Code : 237448
İsrailin yeni fitnəkarlığı
“Haartez” qəzeti yazır ki, ABŞ və İsrail İsrail turistlərini aparan avtobusun partladılmasında Hizbullah və İranın ittiham edilməsi üçün tərəfdar toplayır. Vaşinqton və Tel-Əviv ümid edir ki, bu iddianın Avropa Birliyinə qəbul etdirilməsində Bolqarıstan onlara yardımçı olacaq.

Qeyd olunan hadisədə 6 nəfər həlak olub. İsrail buna görə Hizbullahı ittiham edir və İranın Hizbullahı himayə etməsini qabardır.

Hazırda ABŞ və İsrail Bolqarıstanın hadisə ilə bağlı rəsmi bəyanatını gözləyir. Onlar ümid edirlər ki, Bolqarıstan öz bəyanatında Hizbullah və İranı bu terror hadisəsinin müqəssiri kimi tanıyacaq. Hətta hər hansı dolaşıq bəyanat onlara sərf edir.

Hadisə 2012-ci il, 18 iyulda baş verib. Həmin vaxtdan Avropa Birliyinə təzyiqlər var ki, Hizbullah rəsmən ittiham edilsin. Britaniya və Hollandiya İsrailin mövqeyini dəstəkləsə də Fransa da daxil olmaqla bir çox ölkələr Hizbullahın ittiham edilməsinə qarşıdır. Onlar yaxşı anlayır ki, Hizbullah Livanın əsas partiyalarındandır və dövlətin mövcudluğunda aparıcı rola malikdir.
Comment