0
Wednesday 6 February 2013 - 12:23

Suriya qırıcıları İsrail səmasında

Story Code : 237591
Suriya qırıcıları İsrail səmasında
"IslamTimes" "Dam Press" xəbər agentliyinə istinadən bildirir ki, Suriya qırıcıları Heyfa və Tel-Əviv səmasında aşağı yüksəklikdə uçuş keçirərək vərəqələr səpib.

İsrailin "Kanal 10" televiziya şəbəkəsi uyğun xəbər haqda deyib: "Qırıcılardan yerə vərəqələr səpilirdi. Bu vərəqələrdə "Biz istədiyimiz zaman cavab verməyə qadirik. Amma bu cavabın zaman və məkanını özümüz seçirik" yazılmışdı.

Suriya qırıcılarının İsrailin öz qırıcılarına bənzəməsi səbəbindən sionist rejimin Havadan Müdafiə Sisitemi onları vura bilməyib.

Bu əməliyyatın ötən həftə işğalçı İsrail tərəfindən Suriya ərazisinə edilmiş hücuma cavab olduğu bildirilir.
Comment