0
Wednesday 6 February 2013 - 15:44

Qahirədə İslam Sammiti Konfransı keçirilir

Story Code : 237634
Qahirədə İslam Sammiti Konfransı keçirilir
Bu gün Misirin paytaxtı Qahirə şəhərində İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin İslam Sammiti Konfransı açılıb. Təşkilata üzv 57 ölkədən 27 ölkənin dövlət başçılarının qatıldığı tədbir iki gün davam edəcək. Əsas müzakirə mövzusu Suriyada yaranmış vəziyyətdir. Konfrans İran prezidentinin 34 il sonra ilk dəfə Misirə səfər etməsi ilə əlaqədar da tarixə düşüb.

Suriya məsələsi konfrans öncəsi Misir və İran prezidentlərinin görüşündə müzakirə edilib. Onlar həmçinin ikitərəfli münasibətlərə də toxunublar.

Qeyd edək ki, Azərbaycanı tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. /APA/
Comment