0
Friday 8 February 2013 - 12:17

ABŞ Suriyada qarışıqlıq salmaqla İranı zəiflətmək istəyir

Story Code : 238071
ABŞ Suriyada qarışıqlıq salmaqla İranı zəiflətmək istəyir
ABŞ Suriyada qarışıqlıq salmaqla İranı zəiflətmək istəyir
Islam times.org/az/ - General mayor Seyyid Yəhya Rəhim Səfəvi deyib: “Regional məsələlərdə ABŞ istəmir ki, İran birinci güc olaraq qalsın. Bu səbədəndir ki, onlar Suriya münaqişəsini yaradıblar.”

O sözünə davam edərək bildirib ki, amerikalılar müəyyən ərəb dövlətlərinə və Türkiyəyə ABŞ siyasətini həyata keçirmək üçün maliyyə yardımı etməklə Suriyada xaos yaradırlar.

İslam İnqilabının Rəhbəri Ayətullah Əl üzma Seyyid Əli Xameneinin hərbi məsləhətçisi olan Rəhm Səfəvi əlavə edərək deyib: “Ancaq İranın siyasi quruculuğu qüdrətlidir və əlbəttə ki, o regionda super gücdür və regionun super gücünün əsas dayağı isə İran xalqıdır.”

General deyib: “Amerikalılar Misir, Liviya, Tunis, Yəmən və Bəhreyndəki hadisələrdən heyrətə gəliblər və bu səbəbdən də Bəhreyndəki oyanışı yatırtmaq üçün Ali Səud rejimindən istifadə edirlər.”

“Onlar Sionist rejiminin təhlükəsizliyini qoruyub saxlamaq və regionda İrana qarşı Türkiyə kimi strateji rəqib yaratmaq üçün Qərbi Asiya və Şimali Afrikada hökmranlıq etmək istəyirlər.”
Source : Islamtimes
Comment