0
Sunday 10 February 2013 - 11:21

İran xalqından Qərbə sarsıdıcı zərbə - FOTO

Story Code : 238524
İran xalqından Qərbə sarsıdıcı zərbə - FOTO
Bu gün İran İslam Respublikasında səhər saat 9:30-dan etibarən 930 şəhər və 4000-dək kənddə İslam İnqilabının 34-cü ildönümü qeyd edilir. 22 bəhmən 1357-ci il tarixində İran xalqı Qərbin, ABŞ-ın əsarət boyunduruğunu qırıb atdı. Hər il milyonlarla İran vətəndaşı 22 bəhmən tarixində küçələrə axışaraq bir daha şəhidlərin qanına sadiq qaldıqlarını, hakimiyyətlə əhd-peymanlarını pozmadıqlarını hayqırırlar.

Bu il isə ABŞ və digər bir neçə dövlət İrana tətbiq olunan sanksiyalar səbəbindən xalqın uyğun yürüşdə iştirak etməyəcəyini düşünürdü. Amma tam əksi baş verdi. Bu gün milyonlarla İran vətəndaşı bir daha İslam dövlətinə dayaq olacaqlarını bildiriblər. Onlar bildirib ki, inqilab yolunda həlak olanlar bizim ata-babalarımızdır. Biz onların bu müqəddəs hədəfini öz qanımızla olsa belə qoruyub saxlayacağıq.

Nəzərinizə çatdıraq ki, bu gün xalq arasında bütün tanınmış siyasətçilər, incəsənət xadimləri, idmançılar və s. müşahidə olunur.







Comment