0
Saturday 17 April 2010 - 11:16
Tehranın cümə namazı xitabətçisi deyib:

İran xalqı və məsul şəxslərinin şüarı "sülhsevər nüvə enerjisi hamı üçün nüvə silahı heç kəs üçün"dür.

Story Code : 23854
İran xalqı və məsul şəxslərinin şüarı "sülhsevər nüvə enerjisi hamı üçün nüvə silahı heç kəs üçün"dür.
Tehranın cümə namazı xitabətçisi deyib: İran xalqı və məsul şəxslərinin şüarı "sülhsevər nüvə enerjisi hamı üçün nüvə silahı heç kəs üçün"dür.
Bu gün Tehranın cümə namazı xütbələrində danışan Kazim Siddiqi sonra nüvə tərk-silahı konfransının sabah Tehranda başlanacağına işarə edib. "İran xalqı belə bir konfransın keçirilməsinə qadirdir, çünki bizim dinimiz bütün insanların haqlarına hörmətlə təkid edib" -deyə Tehranın imam cüməsi sözlərini davam etdirib.
Siddiqi sonra Amerikanın İrana qarşı hədələri haqda münasibət bildirib.

"Barak Obamanın İrana qarşı hədə ilə çıxış etməsi tam şəkildə axmaqlıq və aşkar rüsvayçılıqdır. Atom hücumu üzrə təhqiramiz və qara keçmişə malik olan Amerikanın başqa ölkələri sülhsevər nüvə proqramları həyata keçirmək üzrə məzəmmət etməyə haqqı yoxdur. " -deyə Tehranın cümə namazı xitabəçisi qyed edib.
O sonra son zamanlar Vaşinqtonda keçirilmiş nüvə təhlükəsizliyi konfransı haqda danışıb.

"Onların konfransları puçdur" -deyə Tehranın imam cüməsi sözlərini davam etdirib.

İranın nüvə alimlərinin səylərinin yüksək dəyərləndirən və bu alimlərin islamı İranın başıucalığına səbəb olduqlarının bildirən Kazim Siddiqi sonra deyib: İranın gənc və mömin alimləri dinin, elm və inkişafla uyuşduğunu və elm və inkişafla heç bir ziddiyyəti olmadığını göstərdilər.
Tehranın cümə namazı xitabətçisi daha sonra deyib: Dünya istəsə və ya istəməsə də, İran xalqı özünün gənc alimləri ilə bu işi davam etdirəcək və alı hədəfə çatdıracaq.
Siddiqi öz söhbətinin davamında 18 aprel İİR ordusunun anım gününü əziz tutaraq deyib: İİR ordusu, İslam İnqilabı Pasdarları Korpusunun kənarında dünyanın güclü orduları sırasında yerləşir və İranı və İslam inqilabının nailiyyətlərini qorumaq üçün tam əzmkarlığa malikdir.
Tehranın cümə namazı xitabətçisi sonra 1389-cu hicri şəmsi ilinin islam inqilabının böyük rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei tərəfindən "iki qat cid- cəhd iki qat iş" ili adlandırılmasına da işarə edib.

" İki qat cidd- cəhd və iki qat iş bəşəriyyət həyatının ən islamı, ən əxlaqi, ən irfanı, ən iqtisadi, ən ictimai və ən siyasi məsələlərindəndir" - deyə Tehranın imam cüməsi qeyd edib.
Comment