0
Sunday 10 February 2013 - 13:38

“İsraildə fələstinlilərə işgəncə verilir”

Story Code : 238543
“İsraildə fələstinlilərə işgəncə verilir”
Fələstinin BMT-dəki daimi təmsilçisi Riyad Mansur bildirib ki, İsrail rejiminin həbsxanalarında qanunsuz olaraq saxlanılan fələstinlilərə işgəncələr verilir. Fələstin nümayəndəsinin bu çıxışı BMT-nin İnsan Haqları Komitəsi tərəfindən də dəstəklənib, - “haberturk”.

Mansur, BMT baş katibliyi, Təhlükəsizlik Şurası və Baş Assambleyasına göndərilən məktubda İsrail rejiminin hərbçilərinin gecə saatlarında fələstinlilərin evlərinə soxulduğunu və uşaqlar da daxil olmaqla dinc insanları həbs etdiyini bildirib.

İsrail rejiminin hərbçilərinin fevralın 4-də fələstinlilərə qarşı apardığı əməliyyatda 23 fələstinlinin saxlanıldığı bildirilir. İki gün sonra isə, sionist əsgərləri daha 8 fələstinlini həbs edib.
Source : XezerXeber
Comment