0
Sunday 10 February 2013 - 14:08

İrana qarşı sanksiyalar 11000 fransızın işsiz qalmasına səbəb olub

Story Code : 238559
İrana qarşı sanksiyalar 11000 fransızın işsiz qalmasına səbəb olub
İrana qarşı sanksiyalar 11000 fransızın işsiz qalmasına səbəb olub
Islam times.org/az/ - Euronyus xəbər agentliyinin verdiyi məlumatda isə bildirilir ki, Fransanın ən böyük avtomobil istehsalçısı 8000 işçinin işdən azad edərək bir fabriki bağlayıb.

Fransa avtomobil şirkətinin bu addımı atmasına səbəb ABŞ-ın İrana qarşı tətbiq etdiyi sankisyalar səbəbindən İrana avtomobil ehtiyyat hissələrini göndərə bilməməsi olub.

Peugeot işçilərinin Fransadakı həmkarlar ittifaqının bildirdiyinə görə İran ilə əməkdaşlığı dayandırmaq şirkətə çox baha başa gəlib.

Jean Pierre deyib: “Şərhçilər gərək unutmayalar ki, Peugeot İran kimi böyük alıcını əldən verib. Peugeot demək olar ki, hər il İrana 450 min avtomobil satırdı, ancaq şirkət siyasi motivlər üzündən bu cür böyük bazarı itirmiş oldu.”

2011-ci il ilə müqayisədə Peugeot 2012-ci ilin ilk 6 ayında İrana avtomobil satışını 240 min ədəd azaltmışdır.

Peugeot rəsmisinin bildirdiyinə görə şirkətin avtomobil satışının 10%-i İranın İran Xodro şirkətinin üzərinə düşürdü.

Bu arada İran məclisinin sənaye komissiyasının üzvü deyib ki, İran hər bir sanksiya müqabilində alternative yollardan istifadə edərək inkişafa doğru addımlayacaq, ancaq bu sanksiyalardan uduzan Fransa sənayesi, Fransa xalqı və Peugeot şirkəti olacaq.
Source : Islamtimes
Comment