0
Monday 18 February 2013 - 23:41

İsrail cinayətlərini müdafiə etməkdən əl çəkin

Story Code : 240754
İsrail cinayətlərini müdafiə etməkdən əl çəkin
İsrail cinayətlərini müdafiə etməkdən əl çəkin
Islam times.org/az/ - Pakistanın ingilis dilli “The Express Tribune” qəzetinin verdiyi məlumata əsasən o bu açıqlamanı bazar günü Karaçi Ədəbiyyat Festivalında çıxışı zamanı səsləndirib.

Britaniyalı parlamentari Pakistanın cənub şəhəri olan Karaçidə çıxışı zamanı deyib ki, fələstinlilərin nə ölkəsi var, nə də ki, qəzeti. Onlar zülmə və təcavüzə məruz qalıblar və İsrailin qərbli dəstəkçiləri müsəlmanların qərbə nifrət etməsinə səbəb olublar.

Gallovay soruşub: “Nə qədər ki, Qərb dövlətləri İsrailə silah-sursat üçün maliyyə yardımı edir və İsrail üçün başqa digərləri üçün isə başqa qanunlar çıxardırlar, bu zaman biz müsəlmanların bu ərazilərdə törədilən cəinayətlərə necə səssiz qalmasını gözləyə bilərik?”

O həmçinin Qərbin ikili standartlarını və ikiüzlüyünü tənqid edib.

Parlamentari Qərbə məsləhət görərək bildirib ki, terroristləri dəstəkləməkdənsə, terror qurbanlarının qeydinə qalın.

Gallovay həmçinin Qərb dövlətlərinə səslənərək müsəlman torpaqlarını işğal etməkdən əl çəkməyə çağırıb.

Gallovay əsasən Qərbin müsəlmanlara qarşı iki münasibətlərinin tənqidçisi kimi tanınır.

2003-cü ildə Gallovay İraq işğalına öz müxalifətçiliyini ifadə etdikədən sonra Leyborist Partiyasından qovuldu. Bundan sonra o solçu Ədalət Partiyasının yaradıcılarından biri oldu.
Source : Islamtimes
Comment