0
Friday 22 February 2013 - 02:30

İsrailin başlıca siyasəti müsəlmanlar arasına ayrılıq salmaqdır

Story Code : 241577
İsrailin başlıca siyasəti müsəlmanlar arasına ayrılıq salmaqdır
İsrailin başlıca siyasəti müsəlmanlar arasına ayrılıq salmaqdır
Islam times.org/az/ - Roknabadi çərşənbə günü açıqlama verərək bildirib ki, ölkələr arasında, məxsusən də müsəlman xalqlar arasında narazılıq və ayrılıq yaratmaq İsrail rejiminin başlıca siyasətidir.

İranlı səfir bu açıqlamanı Cənubi İraqın Sunni Alimlər Assambleyasının rəhbəri Şeyx Xalid Abdul Vəhhab əl Mala ilə görüşündə etmişdir.

Roknabadi əlavə edərək deyib: “İran İslam Respublikası əvvəllərdə birləşdirici siyasət yürütməklə və İslami məzhəblər və müsəlman-xristian dialoqları təşkil etməklə müsəlman xalqlar arasında vəhdət üçün şəraitlər yaradıb.”

Əl Mala isə öz növbəsində deyib ki, düşmənlər regionun müsəlman xalqları arasında ayrılıq salmaq üçün xüsusi kompaniya başladıblar.

İraqlı ruhani əlavə edərək deyib ki, müsəlman ümməti arasında mövcud olan vəhdət həmişə düşmənlər üçün problemlər yaratmış və onların öz çirkin hədəflərinə çatmasının qarşısını almışdır.

İraqlı ruhani həmçinin İranın Livandakı bərpa işlərinə rəhbərlik edən General Həsən Şaterinin qətli ilə bağlı başsağlığı vermiş və bu qətli pisləmişdir.

2006-ci ildə İsrail Livana qarşı 33 günlük müharibə aparmışdır və nəticədə Livanın cənubunda yerləşən xeyli infrastruktur və binalar dağılmışdır. O vaxtdan etibarən İran həmin ərazilərdə bərpa təmir işləri aparan əsəs ölkələrdəndir.

Şateri Suriya paytaxtı Dəməşqdən Beyruta gələrkən yolda suiqəsdə uğramış və şəhid olmuşdur.

İslam İnqilabı Keşikçi Korpusunun generalının ölümündə İsrail xüsusi xidmət orqanlarının əli olduğu bildirilir.
Source : Islamtimes
Comment