0
Wednesday 21 April 2010 - 13:49
İranın xarici işlər naziri Mənuçöhr Müttəki :

İran Dağlıq Qarabağ münaqişənin ədalətli həllinə inanır

Story Code : 24187
İran Dağlıq Qarabağ münaqişənin ədalətli həllinə inanır
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, İranın xarici işlər naziri Mənuçöhr Müttəki bir daha ölkəsinin Azərbaycan Respublikasıyla səmimi münasibətlərə malik və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. O, bunları qeyd edib: “Qafqazda münaqişələrə yer olmamalıdır. Regiondakı münaqişələr bölgənin iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinə təsir göstərir. Biz münaqişənin həllində və Azərbaycan rayonlarının işğaldan azad olunmasında hər iki ölkəyə yaxından köməklik etmək niyyətindəyik”.
Onun sözlərinə görə, İran Azərbaycanla səmimi, yaxın əlaqələrə malikdir və Dağlıq Qarabağ münaqişənin ədalətli şəkildə həll olunacağına inanır: ”Üç ölkənin xarici işlər nazirləri səviyyəsində Tehranda görüşüb münaqişənin həllini müzakirə etmək təklifini irəli sürmüşəm. Bunun həyata keçəcəyinə inanıram. Azərbaycan təklifə müsbət cavab verib. Amma təəssüf ki, Ermənistan bu məsələyə hələ münasibət bildirməyib. Biz onların cavabını gözləyirik".
Source : arannews
Comment