0
Thursday 22 April 2010 - 14:33
Fars Körfəzində əzəmətli manevr :

Cümə axşamı “Peyğəmbər Əzəm 5” manevri keçiriləcək

Story Code : 24234
Cümə axşamı “Peyğəmbər Əzəm 5” manevri keçiriləcək
İslam İnqilabı keşikçi dəstələr korpusunun baş komandan əvəzedicisi Fars Körfəzi və Hormoz boğazı sahillərində "Peyğəmbər Əzəm 5 müştərək" hərbi təlimin keçiriləcəyini bildirib.
General-mayor Hüseyn Salami jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, manevr korpusun dəniz, quru və hava qüvvələrinin iştirakı ilə keçiriləcək. General bu manevrin keçirilməsində əsas məqsədin Fars Körfəzi və Hormoz boğazı təhlükəsizliyini möhkəmləndirmək və qorumaq olduğunu bildirib.
General Salami müsahibəsinin davamında Fars Körfəzi və Hormoz boğazı məntəqəsinin dünyanın əsas iqtisadi və enerji boğazı olduğunu qeyd edərək vurğulayıb: İran bu hərbi təlimdə İİR-nin regionun təhlükəsizliyinin təminində bir daha konstruktiv, aparıcı, təsirli rol oynamasını göstərməyi qarşıya məqsəd qoyub.
Sözü gedən hərbi təlimin sözçüsü general-mayor Əlirza Tənqsiri də bu manevrin qonşu ölkələr üçün sülh və dostluq müraciəti daşıdığını qeyd edərək yaxın gələcəkdə Fars körfəzi və hörmüz boğazı hövzəsində müsəlman qardaşların himayəsi altında müştərək bir əməliyyatın keçirilməsinə ümidvar olduğunu bildirib.
İslam İnqilabı Pasdarlar Korpusunun dəniz qüvvələrinin bir saylı məntəqəsinin komandanı habelə "Peyğəmbər Əzəm 5" manevrinin Fars Körfəzi və Hormoz boğazında təhlükəsizliyin bərqərar və təmin olunması məqsədilə olduğunu vurğulayıb və deyib: Bu hərbi təlim hava, quru və dəniz qüvvələrindən ibarət bölmələrinin himayəsi ilə aprelin 22-dən başlayaraq 3 gün müddətində və 4 etapda keçiriləcək.
Comment