0
Monday 25 February 2013 - 13:52

İrandan Qərbə növbəti şok

Story Code : 242417
İrandan Qərbə növbəti şok
APA-nın məlumatına görə, yerli istehsal olan “Zəfər” dəniz crusie raketi radara yaxalanmadan hədəfi məhv etmək qabiliyyətinə malikdir. Eyni zamanda raket yüngüldür, bu səbəbdən kiçik hücum qayıqlarının üzərində daşına bilmək, yüksək elektronik döyüş qabiliyyətinə və hədəfi fövqəladə məhv etmək imkanları var. 

Qeyd edək ki, fevralın 23-də İranın cənub-şərqində yeni hərbi manevr başlayıb. “Uca Peyğəmbər-8” adlanan təlim üç gün davam edəcək. Manevrdə SEPAH-ın Quru Qoşunları və Hava-Kosmik Qüvvələri iştirak edir. Təlim Bəndər Abbas yaxınlığındakı Zərənd və Sircan bölgələrində keçirilir.
Related Stories
Comment