0
Tuesday 26 February 2013 - 15:24

Oxford Universitetinin tələbələri İsraili baykot edəcəklər

Story Code : 242661
Oxford Universitetinin tələbələri İsraili baykot edəcəklər
Oxford Universitetinin tələbələri İsraili baykot edəcəklər
Islam times.org/az/ - Oxford Universiteti Tələbələri Birliyi çərşənbə günü bir araya gələrək İsrailin Fələstin ərazilərini qeyri qanuni işğalına və davam edən insan hüquqları pozuntusuna etiraz əlaməti olaraq Sionist rejimini və onun bütün şirkət və kompaniyalarını baykot edəcəklər.

İsrailin müdafiəsiz Fələstin xalqına qarşı tətbiq etdiyi zorakılıqlar səbəbindən İsrailin baykot edilməsini nəzərdə tutan sənəd aprel ayında Şefilddə keçirilməsi planalaşdırılan Tələbələrin Milli Birliyi konfransında da bütün tələbələrin bu baykota qoşulması üçün təklif olunacağı planlaşdırılır.

Məlumata əsasən bu sənədin təşkilatçısı təhdid edici məktublar alıb və ondan bu sənədi geri götürmək tələb edilib.

Keçən çərşənbə Britaniyalı parlamentari George Gallovay İsrail rejiminin işğal edilmiş Qərb Sahilindən dərhal çıxmasını tələb etdikdən sonra Oxford Universitetində baş tutan görüşdən çıxarıblar.

Gallovay bəyanat yayaraq deyib: “Mən bildikdən sonra ki, həmsöhbətim işğalçı İsrail rejiminin dəstəkçisidir, onunla danışmaqdan imtina etdim.”

O əlavə edərək deyib: “Səbəb çox sadədir. İşğalçı rejim məğlub olana qədər onları baykot etməli və sanksiyalar tətbiq etməliyik. Mən heç vaxt israilli ilə söhbət etmirəm və onların mediasına müsahibə vermirəm. Əgər onlar Fələstin haqqında danıçmaq istəyirlərsə, bu zaman Fələstin Azalıq Təşkilatına müraciət etsinlər.”
Source : Islamtimes
Comment