0
Wednesday 27 February 2013 - 16:14
Britaniyanın sabiq xarici işlər naziri:

İranın Britaniyaya güvənməməkdə haqqı var

Story Code : 242921
Britaniyanın sabiq xarici işlər naziri: İranın Britaniyaya güvənməməkdə haqqı var
Britaniyanın sabiq xarici işlər naziri: İranın Britaniyaya güvənməməkdə haqqı var
Islam times.org/az/ - Bazar ertəsi günü “The Telegraph” qəzetində dərc edilən məlumatda Strav İrana qarşı təxribat planında Britaniyanın roluna toxunmuş və demişdir ki, indiyə kimi İrana qarşı tətbiq edilən hər bir təxribatın arxasında “ingilis əli” var.

O deyib: “Bizdə 19-cu əsrdən başlayaraq Britaniyanın İrana qarşı etdikləri haqqda çox az məlumat var, ancaq iranlılar hər bir şeyi təfərrüatı ilə sizə deyə bilərlər. 1890-cı illərdə zorakı Britaniya tütün inhisarı, halhazırda BP, o vaxt isə D’Arcy adlana neft kompaniyasının çox aşağı şərtlər altında ölkənin neftini talaması, 1920-ci illərdə Rza Şahı taxta gətirmək, 1941-1946-cı illərdə Sovet Birliyi ilə bir yerdə ölkənin işğal edilməsi, CİA ilə 1953 –cü ildə baş nazir seçilmiş Muhəmməd Mossadiqin devrilməsi və daha sonra 1979-cu il inqilabına kimi zalım Şah rejimini hakimiyyətə gətirmək bu deyilənlərə misaldır.”

Britaniyanın leyborist partiyasının üzvü olan siyasətçi həmçinin Qərbə səslənərək İran regionda malik olduğu nüfuzu səbəbindən İran ilə münasibətləri düzəltməyi məsləhət görüb.

O əlavə edərək deyib: “Britaniya üçün ilk görüləsi iş Tehran və Londonda səfirliklərin açılmasını təşkil etməkdir.”

Bu arada keçən ay Britaniyanın digər sabiq xarici işlər naziri David Miliband da həmçinin Britaniya siyasətini tənqid etmiş və demişdir ki, İran paytaxtı Tehranda Britaniya səfirliyini bağlamaq böyük səhv idi.

Daha sonra Strav əlavə edərək deyib ki, İranı nüvə enerji proqramına görə hərbi müdaxilə ilə təhdid etmək dünya gücləri ilə İran arasında gedən danışıqlara zərər gətirəcək.
Source : Islamtimes
Comment