0
Friday 1 March 2013 - 01:39

İslam Rəhbəri: “Sionistlər müsəlmanlar arasına ixtilaf və ayrılıq salmaq istəyirlər”

Story Code : 243257
İslam Rəhbəri: “Sionistlər müsəlmanlar arasına ixtilaf və ayrılıq salmaq istəyirlər”
İslam Rəhbəri: “Sionistlər müsəlmanlar arasına ixtilaf və ayrılıq salmaq istəyirlər”
Islam times.org/az/ - İranda səfərdə olan Pakistan prezidenti ilə görüşən Ayətullah əl üzma Xamenei deyib: “Müsəlman ümmət arasında ayrılı və ixtilaf yaratmaq Sionist və digər hegamon güclərin əsas məqsəd və planlarıdır.”

Ayətullah əl üzma Xamenei düşmənin İran ilə Pakistan arasında inkişaf edən əlaqələrə müxalifliyini və düşmənçiliyinə toxunaraq deyib ki, hər iki tərəf qəti şəkildə düşmənin bu planlarını boşa çıxarmalıdır.

İslam Rəhbəri əlavə edərək deyib: “Biz hesab edirik ki, hər iki ölkə arasında mövcud olan iqtisadi, sənaye, siyasi, sosial və təhlükəsizlik əlaqələri daha da gücləndirilməlidir.”

İslam Rəhbəri həmçinin Pakistanı enerji ilə təmin etməyə İranın hazır olduğunu bildirib.

Ayətullah əl üzma Xamenei deyib: “Bu regionda İslam Respublikası təhlükəsiz enerji mənbəsi olan yeganə dövlətdir və biz Pakistanın bu sahədə olan ehtiyaclarını ödəməyə hazırıq.” Ayətullah əl üzma Xamenei Pakistanda mövcud olan “təriqət mübarizəsini” təhlükəli düşmən mikrobu adlandırmış və demişdir ki, Pakistanda təriqət qətilləri həqiqətən də təəssüfləndiricidir və Pakistanın milli birliyinə ziyan vurmadan qarşısı dərhal alınmalıdır.

Zardari isə öz növbəsində deyib: “Biz qəti şəkildə iki ölkə arasında olan əlaqələri inkişaf etdirmək istəyirik.”

Pakistan prezidenti deyib: “İran və Pakistan arasında əlaqələrin inkişaf etməsinin qarşısını almaq istəyən bəzi beynəlxalq və regional ünsürlərin cəhdləri boşa çıxıb, çünki artıq xalqlarımız İslam düşmənləri müqabilində hansı mövqe nümayiş etdirəcəklərini yaxşı bilirlər.”
Source : Islamtimes
Comment