0
Saturday 2 March 2013 - 07:18

Obama: «ABŞ 750 min iş yerini itirəcək»

Story Code : 243504
Obama: «ABŞ 750 min iş yerini itirəcək»
«Demokratlar və respublikaçılar büdcə ixtisarının qarşısının alınması barədə ortaq məxrəcə gələ bilməyiblər və nəticədə Birləşmiş Ştatlar 750 min iş yerini itirəcəklər». ABŞ prezidenti Barak Obama konqresmenlərlə görüşündən sonra belə bir bəyanatla çıxış edib.
 
«Bu ixtisarlar iqtisadiyyata zərbə vuracaq. Yüz minlərlə amerikalılar bunu hiss edəcəklər. Sərhəd xidməti, Pentaqon, FTB və bir çox başqa güc strukturları maliyyələşmənin azalması və işdən çıxarılmalarla qarşılaşacaqlar... İqtisadçıların hesablamasına görə, ABŞ təxminən 750 min iş yeri itirəcək», deyə Obama bildirib.
 
ABŞ prezidenti vurğulayıb ki, yaxın vaxtlarda ölkədə yeni iqtisadi strategiyanın hazırlanmasına başlanacaq və bu strategiya büdcə ixtisarının nəticələrini aradan qaldırmağa kömək edəcək.
Comment