0
Sunday 3 March 2013 - 12:52

ABŞ İsrailin İrana hücumuna dəstək verəcək

Story Code : 243850
ABŞ İsrailin İrana hücumuna dəstək verəcək
ABŞ İsrailin İrana hücumuna dəstək verəcək
Islam times.org/az/ - Qətnamənin əsas dəstəkçiləri senatın xarici əlaqələr komitəsinin sədri Robert Menendez və respublikaçı senator Lindsey Grahamdır.

Graham deyib ki, qətnamə qeyri-zəruri olmağı ilə yanaşı nə müharibə bəyannaməsidir, nə də ki, hərbi gücdən istifadə. Qeyri-zəruri qətnamələr sadəcə konqresin mövqeyini nümayiş etdirir və əslində qanuni siyasətə ziddir. Bu qətanmədən əsasə məqsəd bu həftə sonu illik hesabat konfransını keçirəcək Amerika İsrail əlaqələr komitəsini razı salmaqdır.

Bütün bu faktları kənara qoysaq belə özünü müdafiə İsrailin İrana hücumuna haqq qazandırmır və bu yalnız konqresin İsraili sadiqliyini göstərmək və İrana qarşı düşmənçiliyini nümayiş etdirmək məqsədi daşıyır.

ABŞ kəşfiyyat idarələrində işləyən yüksək vəzifəli məmurlar da yaxşı bilirlər ki, İranın nüvə silah isthesal etmək fikri yoxdur. İran heç vaxt ABŞ-I qorxudacaq və hərbi təhlükə yaradacaq heç bir hərəkət etməyib, əksinə ABŞ keçən on il ərzində İranı hrəbi hücum ilə hədələyib.

Əgər İran Vaşinqtonu hədələyən buna oxşar bir qətnamə qəbul etsəydi, bu zaman Vaşinqton dərhal təbliğat mexanizmini işə salaraq İslam Respublikasının müharibə yönümlü və dağıdıcı olduğunu bəyan edəcəkdi.
Source : Islamtimes
Comment