0
Tuesday 5 March 2013 - 01:14

Bakıda keçiriləcək "10 Mart" aksiyasına aktiv hazırlıqlar gedir

Story Code : 244282
Bakıda keçiriləcək "10 Mart" aksiyasına aktiv hazırlıqlar gedir
Bakıda keçiriləcək "10 Mart" aksiyasına aktiv hazırlıqlar gedir
Qeyd edək ki, eyni qayda "12 yanvar"da əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı ivent yaradılmış və gənclərin aksiya keçirilmişdi. İvent təşkilatçıları bununla bağlı yazır: "Ümid etdik ki, ordudakı qanunsuzluqlarla bağlı tədbir görüləcək. Lakin, görülmədi. 2 ay ərzində ölən əsgərlərin sayı 14-ə çatdı. Bu əsgərlərin heç biri döyüş şəraitində öldürülməyib. Və onların qanlarını batırmaq istəyirlər. Biz bu haqsızlıqlara dur deməliyik! O əsgərlərin yerinə hamımız ola bilərik. Orduda bizim yaxınlarımız, dostlarımız, ailə üzvlərimiz xidmət edir və bu təhlükə hamı üçündü. Bu haqsızlığa bir son verilməlidir! Bu vicdan məsələsidir! Bu ləyaqət məsələsidir! Günahsız gənclərin orduda öldürülməsinə susmayaq!".

Təşkilatçılar vurğulayır ki, aksiya siyasi deyil və heç bir təşkilat tərəfindən keçirilmir. İventin yeganə qadın təşkilatçısı Bəyim Həsənli aksiyaya son hazırlıqlarla bağlı Deyerler.org-a açıqlamasında bildirib: "Başqa təşkilatlarda hazırlığın necə getdiyini deyə bilmərəm, amma mən AXCP Gənclər Təşkilatının üzvüyəm, bizim hazırlıqlarımız qaydasında gedir. Həmişə necə hazırlaşmışıqsa, indi də elə hazırlaşırıq. Daha çox çalışırıq ki, feysbukda ivent daha yaxşı işlənsin ki, bu iventə daha çox adam qoşulsun. Ona görə də bütün üzvlərimizə hər gün tapşırırıq ki, bütün dostları bu iventə dəvət edin, paylaşın. Hazırda əsas məqsədimiz bu xəbərlərin sosial şəbəkələrdə daha çox yayılmasına nail olmaqdır. İnanıram ki, daha çox adamın xəbəri olsa, daha da çox insan bu aksiyalara qoşulacaq. Məncə bu dəfə "12 yanvar" aksiyasından daha çox adam iştirak edəcək".

Əslində iventlə aksiya iştirakçılarının sayını əvvəlcədən deməyin çətin olduğunu vurğulayan B.Həsənliyə görə, adətən iventə virtual qoşulanların hamısı gəlmir. "Amma qarşıda hələ vaxt var. Mən inanmıram ki, bu aksiyaya qoşulanların sayı 20 mini keçəcək. Məncə bu çox böyük uğur olacaq. İventə virtual qoşulanların bəziləri xaricdə olur, bəziləri müəyyən səbəblərdən gələ bilmir və sair. Yəni "iventə qoşulanların hamısı gələcək" deyə bir şey yoxdur. Məncə iventi nə qədər yaxşı işləsək, bir o qədər də çox adam aksiyaya gələcək", - deyə B.Həsənli qeyd edib.
Source : Deyerler
Related Stories
Comment