0
Thursday 7 March 2013 - 11:33

ABŞ komandiri: İrana qarşı sanksiyalar təsirli deyil

Story Code : 244925
ABŞ komandiri: İrana qarşı sanksiyalar təsirli deyil
ABŞ komandiri: İrana qarşı sanksiyalar təsirli deyil
Islam times.org/az/ - ABŞ mərkəzi komandanlığının komandiri general James Mattis bu açıqlamanı çərşənbə axşamı günü Senatda silahlı qüvvəllər komitəsinin dinləmələri zamanı edib.

Mattis həmçinin respublikaçı senator Lindsey Grahama deyib ki, Tehranın nüvə sənayəsi öz fəaliyyətini davam etdirməkdədir.

Ötən gün 5+1 qrupu tərkibində yer alan dünya gücləri ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya İran nüvə məsələsinə diplomatik həll yolu tapılmasının vacibliyini vurğulamış və demişdilər: “Biz İran nüvə məsələsini diplomatic yolla həll edilməsi təklifini dəstəkləməyə davam edəcəyik.”

Onlar əlavə edərək deyiblər ki, Almatada 27-28 fevralda təşkil edilən səmərəli görüş konstruktiv diplomatik həll yolunu davam etdirməyə ümid verir və bu gələcəkdə bu məsələnin dinc yolla həll edilməsinə şərait yaradır.

Almata danışıqlarından sonra İran və 5+1 qrupu növbəti danışığın Türkiyənin İstanbul şəhərində 17-18 martda ekspertlər səviyyəsində görüş təşkil edildikdən sonra 5-6 apreldə yenidən eyni şəhərdə təşkil edilməsi haqqında qərara gəliblər.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri İran nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edərək Tehranı hərbi hücum ilə təhdid ediblər. Bu ittihamlar əsasında ABŞ və Avropa Birliyi İrana qarşı bir sıra qeyri qanuni sanksiyalar tətbiq ediblər.

İran isə öz növbəsində bu ittihamları rədd etmiş və bildirimişdir ki, nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etmək İran xalqının qanuni haqqıdır.
Source : Islamtimes
Comment