0
Friday 8 March 2013 - 14:12

İki rayonda fəhlələr ayağa qalxdı

Story Code : 245197
İki rayonda fəhlələr ayağa qalxdı
İki rayonda fəhlələr ayağa qalxdı
Siyəzən Rayon Icra Hakimiyyətinin qarşısında etiraz aksiyası baş verib. Hadisə dünən səhər saatlarında baş verib. “Azadlıq”a daxil olan məlumatlara görə, aksiyaya çıxanlar əsasən “Siyəzən Broyler”in işçiləri olub. Onlar aşağı əmək haqqına və bunun da aylardır verilməməsinə etiraz ediblər. Broylerin işçilərinə rayonun sosial problemləri olan başqa sakinlər də qoşulublar. Bildirildiyinə görə, aksiyada təxminən 1000 nəfər iştirak edib.

Rayonun icra başçısı IH binasının önünə toplaşan etirazçıların qarşısına çıxıb, onlara problemin bir neçə gün içində həll ediləcəyi vədini verib. Icra başçısı etirazçıları dağılışmağa çağırıb. Bundan sonra əraziyə cəlb olunan polislər fəhlələri avtobuslara mindirərək ərazidən uzaqlaşdırıblar.
“Bu gün səhər saatlarında ”Siyəzən Broyler"in işçilərinin rayon icra hakimiyyəti binası qarşısında aksiya keçirərkən onların polis tərəfindən zorla avtobuslara mindirilməsi və bu zaman işçilərin müqavimət göstərmələri haqda yazılanlar həqiqətə uyğun deyil".
Bu sözləri musavat.com-a Siyəzən Rayon Icra Hakimiyyətin informasiya təminatı və təhlil sektorunun müdiri Rəhman Mürvətov deyib. Rəhman Mürvətovun bildirdiyinə görə, “Siyəzən Broyler”in işçiləri hər gün səhər saatlarında IH binasının yaxınlığındakı dayanacaqdan fabrikə məxsus avtobuslarla işə gedirlər. Sektor müdiri deyib ki, işçilər də aksiyadan sonra yolu keçib avtobuslara miniblər. Rəhman Mürvətov bildirib ki, işçilərin yolu bağlaması haqda deyilənlər də həqiqətdən uzaqdır: “400-500 nəfərin eyni anda yolu keçməsi yolda tıxacın yaranmasına və hərəkətin dayanmasına səbəb olur. Onlar icra hakimiyyəti qarşısındakı aksiyadan sonra avtobuslara minib işə getmək üçün yolu keçiblər. Bu da yanlış olaraq mətbuatda aksiya iştirakçılarının yolu bağlaması kimi qələmə verilib". Rəhman Mürvətov polisin aksiyaya müdaxilə etmədiyini, ətraf rayonlardan əlavə polis qüvvələrinin gətirilmədiyini də deyib: “Yerli polislər aksiya iştirakçılarını sadəcə müşayiət ediblər. Heç bir müdaxilədən söhbət gedə bilməz”.
Daha bir aksiya isə, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində olub. Məlumata görə, aksiyanı qəsəbədə tikilməkdə olan sement zavodunun fəhlələri keçirib. Məlumatda deyilir ki, fəhlələr əmək haqqı və başqa sosial problemlərə görə etiraz edirlər. Onlar etirazlarını bildirmək üçün yolu bağlayıblar.
Source : Azadliq.info
Comment