0
Saturday 9 March 2013 - 14:32

Koreya yeni qətnamə ilə bağlı bəyanat verdi

Story Code : 245476
Koreya yeni qətnamə ilə bağlı bəyanat verdi
"IslamTimes" "Sinhua" xəbər agentliyinə istinadən xəbər verir ki, bu gün Şimali Koreya dövləti BMT TŞ-nın bu ölkəyə qarşı qəbul etdiyi yeni qətnaməni kəskin şəkildə pisləyib. Rəsmi Pxenyan yeni sanksiyalarla mübarizə üçün daha ciddi tədbirlər görüləcəyini açıqlayıb. 
 
Şimali Koreyanın rəsmi xəbər agentliyi xarici işlər nazirliyinin bəyanatında belə yazıldığını bildirir: "Dünya ABŞ-ın qərəzli siyasətlərinin və TŞ-ni Pxenyana qarşı qətnamə qəbuluna təhrik etməsinin nəticəsi olan nüvə silahı və kosmik peyk qaldırılmasına Şimali Koreyanın mövqeyini aydın şəkildə müşahidə edəcək.

Bəyanatın davamında deyilir: Şimali Koreyanı özünümüdafiə üçün yeraltı nüvə sınaqlarına məcbur edən Amerikanın qərəzli siyasətləri oldu. BMT TŞ-nin qətnaməsi yalnız Şimali Koreyanın nüvə qüdrətinin güclənməsi ilə nəticələnəcək.
 
Xatırladaq ki, Ş. Koreya 12 fevralda ABŞ və bir neçə digər ölkənin etirazlarına baxmayaraq 3-cü nüvə sınağını həyata keçirib.
 
Comment