0
Sunday 10 March 2013 - 00:23

"Sözümü İlham Əliyevə çatdırmaq üçün Abdullah Gülə müraciət etmişəm"

Story Code : 245596
"Sözümü İlham Əliyevə çatdırmaq üçün Abdullah Gülə müraciət etmişəm"
Gəncə şəhərinin Nizami rayonu Gülüstan qəsəbəsi ərazisində məskunlaşan 1998-ci il təvəlüdlü Kəlbəcərdən olan məcburi köçkün Almaz Kərimlinin özünü yanıdraraq intihara cəhd etməsi barədə məlumat vermişdik. Almaz Kərimlinin belə bir addım atmasına səbəb ailəsinə məxsus həyətyanı sahədən onları Nizami rayonu polis idarəsi əməkdaşlarının məcburən çıxarmaq istəməsi olub.
 
Üçüncü dərəcəli yanıqla Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən Almaz Kərimlini sonradan orada müalicə edə bilməyib Bakıya göndəriblər.
 
Hazırda paytaxtın 5 saylı xəstəxanın yanıq şöbəsində yatan Almaz Kərimlinin atası Şamil Kərimli “Azadlıq”ın reportyoru Ramin Dekoya olayın təfərrüatlarını danışıb.
 
Şamil Kərimlinin sözlərinə görə, Gəncə şəhər İnzibati-İqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyev 2008-ci ildə həmin ərazini Nizami rayon icra başçısı Məharət Mustafayevin sərəncamı ilə torpaq öz adına rəsmləşdirib. Mübahisə yaranandan sonra köçkün ailəsi müxtəlif instansiyalara çoxsaylı müraciətlər edib, nəhayət 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən İnzibati-İqtisad Məhkəməsinin sədrinə verilən torpaq sənədlərini ləğv etdirə bilib.
 
Qızı Almaz Kərimlinin vəziyyətinə gəlincə, o, hələ də ağır durumdadır. Əlləri tamam yanıb, üz nahiyəsində də ağır yanıq izləri qalır.
 
Şamil Kərimli aidiyyatı orqanlardan üzləşdikləri problemlə və qızının vəziyyətinə görə kömək gözləyir.
 
Əməkdaşımızın hazırladığı geniş reportajla “Azadlıq”ın 10 mart sayında tanış ola bilərsiniz.
 
 
Comment