0
Monday 18 March 2013 - 01:42

Obama İsrailin İrana hərbi müdaxilə təklifini rədd edərək danışıqları davam etdirməyə söz verib

Story Code : 247407
Obama İsrailin İrana hərbi müdaxilə təklifini rədd edərək danışıqları davam etdirməyə söz verib
Obama İsrailin İrana hərbi müdaxilə təklifini rədd edərək danışıqları davam etdirməyə söz verib
Islam times.org/az/ - Obama cümə axşamı günü İsrailin Kanal 2 televiziyasına verdiyi müsahibədə deyib: “Mən Bibi (İsrail baş naziri Benyamin Netanyahu) ilə görüşdükdə keçən illər ərzində olduğu kimi bu səfərdə ona eyni mesajı verəcəm: əgər bu məsələni diplomatik yolla həll etməyə imkan varsa, bu zaman bu ən düzgün seçimdir.”

Amerika prezidenti daha sonra İran xalqının AEBA-nın nəzarəti altında olan nüvə enerji proqramından əl çəkməsi üçün İslam Respublikasına qarşı tətbiq edilmiş sanksiyaların uğrulu olduğunu bildirdiyi halda Tel Əvivin beynəlxalq müfəttişlərin nüvə obyektlərini yoxlamasına icazə verməməsini və Nüvə Silahı Yayılmama Razılığını imzalamaqdan boyun qaçırması faktını göz ardına vurmuşdur.

Bu açıqlama İran rəsmilərinin dəfələrlə nüvə enerji proqramının hərbi məqsəd daşımadığını, əksinə dinc məqsəd daşıdığını təkid etməsindən və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan və Nüvə Yayılmama Razılığını imzlayan dövlət kimi nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirdikdən sonra edilmişdir.

İran rəsmiləri həmçinin aydınlıq gətirərək bildirmişdilər ki, ABŞ və yaxud İsrail rejimi tərəfindən İrana ola biləcək hər hansı bir hücuma qarşı İran dərhal və layiqli cavab verəcək və bu da region sərhədlərini aşaraq Fələstin işğalçılarının təmamilə məhvinə səbəb olacaq.
Source : Islamtimes
Comment